İstehlaka yararsız at əti aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsi və polisin keçirdiyi reyd zamanı istehlaka yararsız 227 kiloqram mənşəyi məlum olmayan at əti müəyyən edilib. Ətin Biləsuvar sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən Bakı şəhərinə aparılmasının planlaşdırıldığı bildirilib.Aşkarlanan ət saxlanca verilib, nümunələr laborator müayinəyə göndərilib.Faktla bağlı araşdırmalar davam etdirilir.
14 aprel 2026

