İstanbulda terror aktını planlaşdıran şəxs zərərsizləşdirilib
İstanbulun Taksim meydanındakı terror aktını planlaşdıran şəxs zərərsizləşdirilib. Türkiyə Milli İstiqbarat Təşkilatı məlumat yayıb ki, Taksim terrorunu planlaşdıran Halil Menci Suriyada zərərsizləşdirilib. Xatırladaq ki, ötən il, noyabrın 13-də Taksimdə terror aktı törədilib. Nəticədə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Nərgiz Camalzadə