İstanbulda Şuşanın işğaldan azad olunması qeyd edilib
2020-11-09 15:09
İstanbulun “Beyazit meydanı”nda Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə aksiya təşkil olunub. Aksiyada Türkiyənin müxtəlif şəhərlərində yaşayan həmvətənlərimiz və qardaş türk xalqının nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.
Vüsalə Camal