İsrailin baş naziri Azərbaycanın səfirlik açmaq qərarını alqışlayıb
Azərbaycan Keniya, Albaniya və İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəlik, BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik açır. İsrailin Baş naziri Yair Lapid rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışlayaraq bunun iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirdiyini vurğulayıb. "Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, -deyə hökumət başçısı vurğulayıb.