Canlı
İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib

2018-05-16 / 14:18

Bu gün İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib. Ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu. Yerli KİV-in yazdığına görə, bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi.

Ruhəngiz Hacızadə