İsrail və Türkiyə regional sülh və sabitliyə töhfə vermək istəyir
Türkiyə və İsrail arasında ikitərəfli əməkdaşlıq və dialoqun artması bəzi məsələlərdə, xüsusən Fələstin məsələsində fikir ayrılığının həllini asanlaşdıracaq. İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransında deyib ki, İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir. Hulusi Akar isə İsraillə əməkdaşlığın inkişafının regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcəyinə diqqət çəkib.