Canlı
İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb

2018-05-16 / 12:10

İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb. Bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel "Tvitter"dəki səhifəsində yazıb. Belə qərarın Türkiyə və İsrailin ötən gün səfirlərini ger çağırmasından sonra qəbul edildiyi bildirilir. Ötən gün Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb. İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 59 fələstinli ölüb, 2700 nəfər yaralanıb.

Ruhəngiz Hacızadə