İsrail və ABŞ arasında İrana qarşı əməliyyatlarda vəzifə bölgüsü açıqlanıb.İsrail Müdafiə Qüvvələri İranın qərb və mərkəzindəki ballistik raket qurğularını və hərbi obyektləri hədəfə alır.ABŞ Silahlı Qüvvələri isə əsasən İranın cənubunda, Fars körfəzi ətrafında ABŞ bazalarına təhlükə yaradan raket sistemlərinə və ölkənin hərbi dəniz qüvvələrinə qarşı əməliyyatlar aparır.Bu, iki ölkənin ilk tammiqyaslı birgə döyüş kampaniyasıdır və proses birgə koordinasiya qrupları vasitəsilə həyata keçirilir. Həmçinin, ABŞ İranın hava məkanının qısa zamanda tam nəzarətə götürüləcəyini açıqlayıb.ABŞ-nin müharibə naziri Pit Heqset deyib ki, münaqişə fonunda regiona əlavə qüvvələr göndərilib və əməliyyatların müddəti qarşıya qoyulan məqsədlərdən asılı olacaq.Xatırladaq ki, tərəflər arasında danışıqlar nəticəsiz qaldıqdan sonra fevralın 28-də İsrail və ABŞ İrana hava zərbələri endirib.
04 mart 2026

