İsrail ordusu HƏMAS-ın üç komandirini zərərsizləşdirib
İsrailin Müdafiə Ordusu HƏMAS-ın 3 komandirini zərərsizləşdirib. Bundan başqa, İsrail mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları məhv edilib. Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.
Nərgiz Camalzadə