İsrail millisinin baş məşqçisi müqaviləsinin dondurulmasına razılıq verib
2020-04-24 14:09
Futbol üzrə İsrail millisinin baş məşqçisi Andreas Hertsoq müqaviləsinin iki aylıq dondurulmasına razılıq verib. Bu, yığmanın növbəti matçını yalnız payızda keçirə biləcəyi ilə əlaqədardır. İsrail Futbol Assosiasiyası 52 yaşlı avstriyalı mütəxəssisə centlmen davranışına və çətin vəziyyətdəki dəstəyə görə təşəkkürünü bildirib.
Nərgiz Camal