"İsrail-Fələstin münaqişə zonasında gərginlik ciddi narahatlıq doğurur" Mehriban Əliyeva
İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu fikirlər Birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadın və uşaqlar olmasını üzücü adlandıran Birinci xanım, hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsinin zəruriliyini qeyd edib.
Lalə Nəsib