İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb
2021-04-28 12:00
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb. 34 yaşlı hücumçu buna evdə İngiltərənin "Çelsi" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri matçda nail olub. Komandasının yeganə qolunun müəllifi olan forvard qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Qonsalesə çatıb. Benzema həmçinin Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb.
Nərgiz Camal