İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Qabi karyerasını başa vurub
2020-11-30 14:01
İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Qabi karyerasını başa vurub. 37 yaşında futbolla vidalaşan yarımmüdafiəçi son olaraq Qətərin "Əl-Sədd" komandasının formasını geyinib. Onun "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir. İspaniyalı oyunçu 2004 - 2007 və 2011 - 2018-ci illərdə "Atletiko"nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan Qabi İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.
Nərgiz Camal