İspaniyanın “Real” klubu "Borussiya Dortmund"un futbolçusu Ceydon Sanço ilə maraqlanır
2021-03-02 12:11
İspaniyanın “Real” klubu "Borussiya Dortmund"un futbolçusu Ceydon Sanço ilə maraqlanır. Madrid təmsilçisi yayda ingilis yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq. “Real”ın Sanço üçün “Borussiya”ya 85 milyon avro təklif etməyə hazırlaşdığı deyilir. Sanço bu mövsüm Dortmund təmsilçisi ilə 30 oyunda 11 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 100 milyon avrodur.
Nərgiz camal