İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib
2021-10-28 14:10
İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib. Kataloniya təmsilçisinin “sükan”ı Xaviyə tapşırılacaq. Hətta “Barselona”nın gün ərzində bu keçidi rəsmən açıqlayacağı bildirilir. Daha öncə klubun Yürgen Kloppla maraqlandığı qeyd olunsa da, Ronald Kumanın istefası planlarda dəyişikliyə səbəb olub. "Barselona"nın keçmiş futbolçusu olan Xavi hazırda Qətərin “Əl Sədd” komandasını çalışdırır.
Nərgiz camal