İspaniyalı futbolçu “Qarabağ” klubu ilə vidalaşıb
İspaniyalı futbolçu Qaspar Panadero “Qarabağ”la vidalaşıb. 26 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib. O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib. Ağdam klubu ilə müqaviləsinə xitam verilən hücumameyilli oyunçu az şans qazandığını deyib.
“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.
Fərid Mehdiyev