İspaniyalı tennisçi Rafael Nadal tennis üzrə Fransa açıq çempionatında 13-cü dəfə yarımfinala çıxaraq rekorda imza atıb
2020-10-07 11:09
İspaniyalı tennisçi Rafael Nadal tennis üzrə Fransa açıq çempionatında 13-cü dəfə yarımfinala çıxaraq rekorda imza atıb. Dörddəbir finalda dünya reytinqində ikinci yeri tutan Nadal italiyalı Yannik Sinnerə 7-6, 6-4, 6-1 hesabı ilə qalib gəlib. Nadal növbəti matçı dünyanın 20-ci raketçisi sayılan Diyeqo Şvartsmana qarşı keçirəcək. Karyerası boyu ispaniyalı bu turnirdə 12 dəfə qələbə qazanıb.
Nərgiz Camal