İspaniya Superkubokunun qalibi müəyyənləşib
2020-01-18 12:10
İspaniya Superkubokunun qalibi müəyyənləşib. Həlledici qarşılaşma “Barselona” ilə “Atletik” arasında keçirilib. “Barselona” yarımfinalda olduğu kimi, bu dəfə də 120 dəqiqə mübarizə aparmalı olub. Çünki matçın əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqləniblər. Villiamsın 95-ci dəqiqədə vurduğu qol isə “Atletik”ə tarixində 3-cü dəfə Superkuboku qazandırıb. Kataloniyalıların heyətində kapitan Lionel Messi 120 1-ci dəqiqədə qırmızı vərəqə alıb.
Nərgiz camal