İspaniya "Real Madrid"inin futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər
2020-01-07 14:09
İspaniya "Real Madrid"inin futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər. Belə ki, 34 yaşlı müdafiəçi "Liverpul"un maraq dairəsinə düşüb. Əsas oyunçularının zədələnməsi səbəbindən problemlə üzləşən Mersisayd təmsilçisi Ramosu heyətinə qatmaq niyyətindədir. Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. Kapitan 2005-ci ildən Madrid klubunun formasını geyinir.
Vüsalə Camal