İspaniya nəhəngi "Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
2021-05-06 18:10
İspaniyanın "Real Madrid" futbol klubu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir. "Kral klubu"nun icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirərək "Real" klubu adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.
Vüsalə Camal