Canlı
İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq

2018-07-09 / 12:03

Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq. Təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalanacaq. Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq. Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti seriyasında Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı.

Vəfa Şairova