2021-10-25 10:09
İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real Madrid" komandaları arasında keçirilib. "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir. İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" arasında keçirilib. Bu matçda qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bu qələbədən sonra xalını 21-ə çatdıran "Liverpul" 2-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 14 xalla 7-cidir. İtaliya A Seriyasının IX turunda isə "İnter" və "Yuventus" qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb - 1:1. Beləliklə, "İnter" 18 xalla 3-cü, "Yuventus" 15 xalla 6-cı pillədə yer alıb.
Nərgiz camal