İspaniya La Liqasında VIII tur 4 oyunla davam edib. “Real” “Ueska”ya heç bir şans verməyib
2020-11-01 10:10
İspaniya La Liqasında VIII tur 4 oyunla davam edib. “Real” “Ueska”ya heç bir şans verməyib. 4:1. “Atletiko” da turnir cəvəlindəki qonşusu “Osasuna”ya səfərdə 3:1 hesabı ilə qalib gəlib. “Sevilya” Bilbaoda “Atletik” önündə erkən qolla önə keçməsinə baxmayaraq, meydan sahibləri sona yaxın nəinki bərabərliyi təmin edib, hətta 2:1 hesablı əzmkar qələbə qazanıb. “Barselona” “Alaves” oyunu 1:1 hesabla yekunlaşıb. Turun digər oyunları 1-2 noyabr tarixlərində keçiriləcək.
Nərgiz Camal