İspaniya La Liqasında V tur başa çatıb
2020-10-05 10:01
İspaniya La Liqasında V tur başa çatıb. İkinci oyun günündə 5 matç baş tutub. Son çempion “Real” səfərdə “Levante” üzərində qələbə ilə liderliyə yüksəlib - 0:2. “Barselona” və “Sevilya” arasında matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu, hər iki komandanın ilk xal itkisi olub. “Alaves” “Atletik”ə 1:0, “Osasuna” isə “Selta”ya 2:0 hesabı ilə qalib gəlib. “Kadis”lə “Qranada” qalibi müəyyənləşdirə bilməyib - 1:1.
Vəfa Şairova