İspaniya La Liqasının bərpasına hazırlığını davam etdirən "Real" bir futbolçusunu itirib
2020-06-09 10:09
İspaniya La Liqasının bərpasına hazırlığını davam etdirən "Real" bir futbolçusunu itirib. Müdafiəçi Naço Fernandes məşq zamanı zədələnib. Tibbi müayinə zamanı sağ ayaq əzələsində zədə aşkarlanıb. 30 yaşlı oyunçunun nə zaman sıraya dönəcəyi barədə məlumat verilməyib. Lakin onun qarşıdakı bir neçə matçı buraxacağı gözlənilir.
Fərid Mehdiyev