İspaniya La Liqasının 32-ci turunda “Barselona” öz meydanında “Kadis”lə qarşılaşıb
2021-04-19 10:12
İspaniya La Liqasının 32-ci turunda “Barselona” öz meydanında “Kadis”lə qarşılaşıb. Matç ev sahiblərinin minimalhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Bu nəticədən sonra 60 xalda qalan “Barselona” çempionluq yolunda “Real”dan bir az da geri düşməklə yanaşı ikincilik şansını da təhlükəyə atıb. Türkiyə Super Liqasında isə 33-cü tura yekun vurulub. Turun son oyununda "Qalatasaray" evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib.
Fərid Mehdiyev