İspaniya Kubokunun 1/4 finalında Madrid derbisi olacaq
İspaniya Kubokunun 1/4 final mərhələsində Madrid derbisi baş tutacaq. “Real”la “Atletiko” qarşılaşacaq. “Barselona” isə “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. “Real” və “Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər. Bundan başqa, “Sevilya” “Osasuna”nın, “Atletik” “Valensiya”nın qonağı olacaq. Bir oyundan ibarət olacaq 1/4 final mərhələsinin matçları 24-26 yanvarda keçiriləcək.