İspaniya "Barselona"sının kapitanı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubuna keçidi qışda gerçəkləşə bilər
2020-10-08 13:09
İspaniya "Barselona"sının kapitanı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubuna keçidi qışda gerçəkləşə bilər. "Marca" nəşrinin məlumatına görə, buna səbəb hazırda Kataloniya təmsilçisində hökm sürən maliyyə problemidir. Böhrandan çıxmağa çalışan rəhbərlik oyunçular və işçilərlə maaşların azaldılması üçün danışıqları davam etdirir. Yerli qanunvericiliyə əsasən, bu, baş verərsə, futbolçular 2021-ci ilin yanvarından müqavilələrini birtərəfli qaydada pozmaq hüququ əldə edəcəklər.
Vüsalə Camal