İspaniya "Barselona"sı 4 futbolçusu ilə müqaviləni yeniləyib
2020-10-21 15:01
İspaniya "Barselona"sı 4 futbolçusu ilə müqaviləni yeniləyib. Bunlar qapıçı Ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur. Pike ilə sözləşmə 30 iyun 2024-cü ilədək uzadılıb. Ter Ştegenlə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. Hər iki oyunçunun təzminat haqqı 500 milyon avrodur. De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub. Onları almaq istəyən klub isə müvafiq olaraq, 400 milyon avro və 300 milyon avro ödəməlidir.
Vüsalə Camal