İspaniya çempionatının 31-ci turunun matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib
2020-06-24 10:09
İspaniya çempionatının 31-ci turunun matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qol 71-ci dəqiqədə vurulub. Beləliklə, "Barselona" 68 xal toplayaraq, "Real"ı 3 xal qabaqlayıb və İspaniya milli çempionatının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" isə 42 xalla turnir cədvəlində 10-cu yerdədir.
Fərid Mehdiyev