İsmayıllıda yol qəzası olub
İsmayıllıda "VAZ" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN əməkdaşları tərəfindən yaralı şəxs nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.
Vüsalə Cənnətova