İsmayıllıda mağazanı talayan şəxsdən odlu silah götürülüb
İsmayıllıdakı mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pul talanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutulub. Onun yaşadığı evdən lüləsi və qundağı kəsilmiş tüfəng də götürülüb.
Nərgiz Camalzadə