İsmayıllıdan oğurluq edən qardaşlar saxlanılıblar
2021-04-20 14:11
İsmayıllıda, Lahıc qəsəbəsi ərazisində yerləşən “Misgərlik” mağazasından 9200 manat dəyərində və bir evdən 420 manat dəyərində mis qablar oğurlanıb. Polisin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Murad Abdullayev və qardaşı, Bakı şəhər sakini Timur müəyyən edilərək saxlanılıblar. Fakt araşdırılır.
Vüsalə camal