İsmayıllıda zəlzələ olub
İsmayıllıda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 11:35-də, Zərnəva stansiyasından 3 kilometr şərqdə baş verib.Zəlzələnin maqnitudası 3, ocağının dərinliyi isə 10 kilometr olub.Yeraltı təkan episentrdə və yaxın yaşayış məntəqələrində, o cümlədən Zərnəva, Tircan, Lahıc və Həftəsov kəndlərində 3 baladək hiss edilib.
19 oktyabr 2026

