İsmayıllıda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
2021-06-14 12:08
Bu gün saat 10 radələrində İsmayıllının Hapıtlı kəndində "VAZ 2106" markalı minik avtomobil ilə "KamAZ" markalı yük maşınının toqquşub. Hadisə nəticəsində yerli sakinlər, 43 yaşlı Muştaqov Racu Səlim oğlu, 25 yaşlı Əzizov Ayaz Nazim oğlu, 21 yaşlı Ağayev Sənan Sahib oğlu və Göyçay sakini, 28 yaşlı Feyzullayev Sərxan Qalib oğlu müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya aparılıblar. Araşdırma aparılır.
Nərgiz camal