İsmayıllıda uçqun olub, Lahıc yolu bağlanıb
İsmayıllıda yağış nəticəsində uçqun olub, Lahıc yolu bağlanıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib.
Aramsız yağışlar Ağsuda da fəsadlar törədib. Yol infrastrukturuna və təsərrüfatlara ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Astarada Pensərçayda da suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Vüsalə Cənnətova