İsmayıllıda qəza 3 nəfəri xəstəxanalıq etdi
2020-04-24 12:04
Bu gün saat 9 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun İsmayıllının Diyallı kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb. "BMW"-nin yoldan çıxaraq ağaca çırpılması nəticəsində İsmayıllı sakini, 35 yaşlı Elşən Əsədov, Balakən sakini, 25 yaşlı Toğrul Atayev, Ağdaş rayon sakini, 31 yaşlı Hüseyn Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Vəfa Şairova