İsmayıllıda partlayış olub, yaralı var
2020-03-06 14:05
İsmayıllının Sumağalı kəndində kənd sakini, 68 yaşlı İsrayıl Bayramov yaşadığı evin həyətindəki hamama daxil olaraq isti suyu açmaq istəyib. Həmin an hamamda partlayış baş verib. O, müxtəlif bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nərgiz Camal