İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
2020-12-28 18:09
İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlu saxlanılıb. Onun üzərindən 6,582 qram metamfetamin, 0,330 qram heroin və 0,72 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Vüsalə Camal