İsmayıllıda maşın aşdı, 1 nəfər öldü
2020-07-15 18:07
Bu gün Qaraməryəm-İsmayıllı yolunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Kənd sakini, 45 yaşlı Həsən Əkbərov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmayan sərnişin isə dünyasını dəyişib.
Vəfa Şairova