İsmayıllıda epilepsiya xəstəsi olan 22 yaşlı gəncin meyiti tapılıb
İsmayıllı rayonunda küçədən meyit aşkarlanıb. Səhər saatlarında İsmayıllı şəhərinin Qəşəm Aslanov küçəsində rayonun Ərəgit kənd sakini 22 yaşlı Eldəniz Allahyarovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Ekspertizanın rəyinə əsasən, epilepsiya xəstəsi olan Eldəniz Allahyarov səhər saatlarında işə gedərkən qıcolma səbəbindən dünyasını dəyişib. Fakt araşdırılır.
Ruhəngiz Hacızadə