İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.
Fərid Mehdiyev