2020-01-27 10:05
Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsudan keçən hissəsində Şəki sakini 44 yaşlı İlham Quliyev idarə etdiyi “VAZ-2106” markalı minik avtomobil qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan vətəndaşı Ramil Ramazanovun idarə etdiyi “Mercedes-Benz markalı avtobusla toqquşub. Minik avtomobilinin sürücüsü və onun həyat yoldaşı 35 yaşlı İlahə Quliyeva hadisə yerində həlak olub. Onların övladları - 8 yaşlı Aysu Quliyeva, 10 yaşlı Elcan Quliyev, eləcə də avtobusun sərnişinləri, Bakı sakinləri 49 yaşlı Xatirə Acalova, 51 yaşlı Suvar Ramazanova və 30 yaşlı Vüsalə Əhmədova müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onlardan 8 yaşlı Aysu Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Fərid Mehdiyev