İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb
2021-02-26 14:09
İsmayıllıda rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb. Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq paytaxtda satmaq məqsədində olduğunu deyib. Fakt araşdırılır.
Nərgiz camal