İsmayıllıda 17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb
İsmayıllının Basqal kəndində gecə saat 01 radələrində 17 yaşlı gənc münaqişə zəminində həmyaşıdına bıçaqla xəsarət yetirib. O polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.