İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib
2020-08-21 18:05
İsmayıllının Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin qızına doğum günü məclisi təşkil etdiyi məlum olub. Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.
Nərgiz Camal