İsmayıllıda üç otaqlı ev yanıb
İsmayıllının Yuxarı Baş adlanan hissəsində rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Elvin Soltanmurad oğluna məxsus 3 otaqdan ibarət ev tamamilə yanıb. Alov İsmayıllı Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə