İsmayıllı və Naxçıvanda qəza olub, xəsarət alanlar var
İsmayıllıda “Ford” və “VAZ” toqquşub. Rayon sakinləri - 1977-ci il təvəllüdlü Aynur Məmmədova və 1965-ci il təvəllüdlü Mehman Muradov xəsarətlər alıblar. Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Naxçıvanda isə avtomobil yolu keçən 1959-cu il təvəllüdlü, şəhər sakini Yasəmən Musayevanı vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Nərgiz Camalzadə