İsmayıllı və Goranboyda ağır yol qəzaları baş verib
İsmayıllının Topçu kəndində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində ölüblər. Avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıblar.Fakt araşdırılır.
Goranboyda isə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Z. Hüseynovu vuraraq öldürüb.
31 mart 2026

