İsmayıllı rayonunun kəndlərinə yeni qaz xəttləri çəkilir
İsmayıllı rayonunun Sumağallı, İstisu, Çayqovuşan və Qalacıq kəndlərinə yeni qaz xəttləri çəkilir. İstisu sakinlərinin təbii qazla təminatı üçün ümumi uzunluğu 6 min metr müxtəlif ölçülü orta təzyiqli qaz xətti çəkilib. Küçələrin yeraltı keçid hissələri izolyasiya edilib və borular rənglənib. 270 abonentlə müqavilə bağlanıb, sayğacların quraşdırılmasına başlanılıb. Artıq 50 ev sayğacla təmin olunub. Oktyabrın ilk on günlüyündə sakinlər yanacaqla tam təmin olunacaq.
Ruhəngiz Hacızadə